“Expressbank” ASC-nin əməliyyat sistemində problem yaranıb. “Expressbank” ASC-nin əməliyyat sistemində problem yaranıb.

“Expressbank”ın müştərilərinin hesabına niyə pul köçürülməyib?

“Expressbank” ASC-nin əməliyyat sistemində problem yaranıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, banka aid “Expresspay” terminalları ilə kart hesabına ötən gün pul qoyan müştərilərin vəsaitləri hələ də hesablarına köçürülməyib.

“Expressbank”ın 132 nömrəli Qaynar Xəttindən isə bildirilib ki, bu, “MilliKart” Prosessinq Mərkəzinin işi ilə bağlı yaranan problemdir.

Adıçəkilən prosessinq mərkəzindən vəsaitin kart hesabında əks olunmaması səbəbinin bəzi plastik kartların sistemdə yeni kart kimi görünməsi ilə bağlı olduğunu qeyd ediblər: “Müştəri plastik kartını bankın bankomatına daxil edərək PİN kodu yığaraq onu aktivləşdirməlidir”.

Lakin bu əməliyyatı da həyəta keçirən müştərilər problemin həll edilmədiyini vurğulayıblar. Yekunda “Expressbank”dan məsələnin rabitə sistemindəki problemlərlə əlaqəli olduğu bildirilib:

"Əməkdaşlarımız problemin həlli ilə məşğuldur. Gün ərzində problem aradan qaldırılacaq və vəsait hesablara köçəcək".

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bankın səhmlərinin 25%-i Hikmət Xammədova, 17%-i Hafiz Seyidova, qalan 58%-i isə iki hüquqi şəxsə məxsusdur.