IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi” mövzusunda panel keçirilib. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi” mövzusunda panel keçirilib.

“Ermənistan Suriya ermənilərini işğal olunmuş ərazilərimizdə yerləşdirməyə çalışır” - Fuad Hüseynov (Foto)

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi” mövzusunda panel keçirilib.

AzNews.az Apa-nın istinadən xəbər verir ki, panelin moderatoru UNESCO Harare ofisinin proqram mütəxəssisi Şərəf Ahmimed olub.

Avstriyanın Qraz şəhər meriyasında İnteqrasiya və dinlərarası dialoq şöbəsinin müdiri və mətbuat katibi Tomas Raçakoviç miqrantların inteqrasiyasının vacib olduğunu vurğulayıb.

İqtisadi Həmrəylik kafedrasının direktoru (Barselonanın Abat Oliba CEU Universiteti) Qarmen Parra Rodriguez Barselonada əhalinin 30 faizinin miqrant olduğunu bildirib.

Qlobal Miqrasiya Siyasəti Assosiasiyasının prezidenti Patrik Taran miqrasiyanın əsasən şəhərləri əhatə etdiyini söyləyib: “Miqrantlar Avropada işləyən əhalinin 15 faizini təşkil edir. Almaniyada orta göstəricidən yüksək, yəni işləyən əhalinin 20 faizini miqrantlar təşkil edir. 2020-ci ilə qədər təkcə universitetlərdə xüsusi peşələrə malik 85 milyon insan tələb olunacaq. Bu da miqrantlara ehtiyacı göstərir. Almaniya, İtaliya, Rusiyada işçi qüvvəsi azalır. Bu il ABŞ-da da işçi qüvvəsi azalmağa başlayıb. Çində 2050-ci ilə qədər 100 milyon işçi qüvvəsi azalacaq. Azərbaycanda da doğumun səviyyəsinin azalması gələcəkdə işçi qüvvəsinə ehtiyacı artıracaq. Ermənistan, Belarus kimi ölkələrdə doğum səviyyəsi neqativdir. Cənubi Afrika da tezliklə bu neqativ cərəyana qoşulacaq. Əvvəllər Meksikadan miqrasiya ABŞ-a olubsa, 2012-ci ildən miqrasiya ABŞ-dan Meksikaya istiqamətlənib. Vyanaya baxsaq, əhalinin 50 faizi ya xaricidir, ya da valideynlərindən biri xaricidir. Avropa ölkələrində 20 faizdən çox əhali ya xaricilər, ya da valideynlərindən biri əcnəbi olanlardır”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bu gün dünyada qaçqın və məcburi köçkünlərin sayının 60 milyona çatdığını, 20 il əvvəlki dövrlə müqayisədə 3 dəfə artdığını qeyd edib: “Miqarsiya proseslərini idarə etmək hakimiyyətlərin qarşısında duran vəzifədir. Azərbaycan əhalisinin sayı az olsa da, Avropa ilə eyni sayda qaçqın və məcburi köçkün problemi ilə üzləşib. 120 mindən çox qaçqın və məcburi köçkünlər yeni mənzillərlə təmin olunub. Bu insanların problemlərinin həlli üçün 6 milyard vəsait sərf edilib. Azərbaycan dövləti torpaqlar işğaldan azad edildikdən sonra məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı Böyük Qayıdış Proqramı hazırlayır. Bu baxımdan Cocuq Mərcanlı kəndinin bərpası və sakinlərin torpaqlarına qayıdışına hazırlaşmasını xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda etnik və dini zəmində heç vaxt qarşıdurma olmayıb. Təəssüf ki, bəzi ölkələr qaçqınlar və miqrantların qarşılanmasına mənfi münasibət bəsləyir. Bu ölkələrdən biri kimi Ermənistanı qeyd etmək olar. Ermənistan xüsusən Suriyadan gəlmək istəyən etnik erməniləri qəbul etmək istəmir. Ermənistan Suriyadan gələn ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsinə səy göstərir”.

Panel müzakirələrlə davam edib.

image description image description image description