Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Qarabağdan oğurlanıb ABŞ-a aparılan Azərbaycan xalçası Bakıda sərgilənəcək. Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Qarabağdan oğurlanıb ABŞ-a aparılan Azərbaycan xalçası Bakıda sərgilənəcək.

Ermənilərin Qarabağdan oğurlayıb ABŞ-a satdığı xalça Bakıda (Foto)

Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Qarabağdan oğurlanıb ABŞ-a aparılan Azərbaycan xalçası Bakıda sərgilənəcək.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, xalçanı Los-Ancelesdə yaşayan həmyerlimiz Elşad Tahirov hərracların birindən alaraq Bakıya - Lent.az İnformasiya Agentliyinin əməkdaşı Vüsalə Məmmədovanın adına göndərib.

Virtual hərracda “Antik Ermənistan - Qarabağ xalçası” adı ilə satışa çıxarılan xalçanın üzərində kiril əlifbası ilə “Anasından yadigar ad günü hədiyyəsi” sözləri var.

Xalça Xalça Muzeyinə təqdim olunub və burada “Sahibini gözləyən Qarabağ - Los-Anceles xalçası” adı altında nümayiş olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl xalçanın sahibinin tapılması üçün ictimaiyyətə müraciət olunsa da, qeyri-maddi mədəni irsimizin sahibi hələ də tapılmayıb.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun sözlərinə görə, xalça Zəngilan xalçaçılıq məktəbinə məxsusdur və XX əsrin ortalarında toxunub.

image description image description image description image description image description image description image description