00:17
(077) 610-22-33

Möhtəşəm tədbirə son 1 həftə

  • >
1 775 5 May 2017 20:57 | Cəmiyyət

Bir həftədən sonra 58 dövlətin idmançılarının Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında iştirak etmək məqsədilə ölkəmizin paytaxtına gəlməsi ilə dünyada idmansevərlərin diqqəti bir daha Azərbaycanın üzərində cəmləşəcək.

AzNews.az Azvision-a istinadən xəbər verir ki, oyunlar Bakı Olimpiya Stadionunda mayın 12-də baş tutacaq rəsmi açılış mərasimi ilə başlayacaq və 10 günlük beynəlxalq idman yarışları ilə davam edəcək.

Bakı 2017-nin açılış mərasiminin ölkənin böyük mədəni zənginliyi və dərinliyini əks etdirən yaradıcı, ruhlandırıcı və yaddaqalan bir hadisə olacağı gözlənilir. Əksəriyyəti Azərbaycandan olan 4000 könüllü ifaçı oyunlara cəlb edilib və onların arasında beynəlxalq könüllülər də Oyunları dəstəkləyəcək.

Dünyanın 58 ölkəsindən idmançılar artıq Azərbaycana gəlməyə başlayıb və oyunlara ev sahibliyi edən ölkəmizdə təlim-məşqlərini davam etdirirlər. Mayın 12-də keçiriləcək rəsmi açılış mərasimi ərəfəsində futbol, həndbol və voleybol üzrə komandaların ilk yarışlarına mayın 8-də start veriləcək.

Bakı şəhəri öz gözəl görkəmi ilə bərabər Oyunları nümayiş etdirməklə dünyanın hər yerindən turistlərı, qonaqları, azarkeşləri və nümayəndə heyətlərini ağuşuna alacaq. Dünya miqyaslı idman tədbirinə start verəcək açılış mərasimi ərəfəsində, hər kəs bayram ab-havasını bölüşmək və Milli Azərbaycan Komandası arxasında dayanmaq imkanını səbirsizliklə gözləyir. Biletlərə olan yüksək tələbat beynəlxalq azarkeşlərin böyük marağını nümayiş etdirir, beləliklə, mayın 12-də unudulmaz şounu paylaşmaq üçün Bakı Olimpiya Stadionunda bütün dövlətlər bir araya gələcək.

Bakı 2017 İslam Həmrəyliyi Oyunları dörd qitəni əhatə edən 58 ölkənin idmançılarını ağuşuna almaqla islam dünyasını birləşdirəcək. 10 günlük yarış ərzində idmançılar Bakıda yerləşən 17 məkanda 20 idman növü üzrə 270 medal dəsti uğrunda mübarizə aparacaq.

Bakı 2017 İslam Həmrəyliyi Oyunları hər bir kəsi Bakı 2017 vebsaytı https://www.baku2017.com/en/tickets) vasitəsilə və Bakının Park Bulvar, Gənclik Mall (mol) və 28 Mall ticarət mərkəzlərində yerləşən 12, eləcə də ASAN Xidmət Mərkəzlərində yerləşən 5 satış nöqtəsindən bilet almaqla Oyunlara gəlməyə və sevdiyiniz idman növü üzrə yarışlardan zövq almağa çağırır. Bundan əlavə, Oyunlar zamanı bütün 17 yarış məkanında bilet kassaları fəaliyyət göstərəcək.

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-cu il may ayının 12- 22 tarixlərində Bakı, Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri -Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cudo və görmə qabiliyyəti olmayanlar üçün cudo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.
Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri təyin edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyatlar Komitəsi (AİHOƏK) İHİF ilə əməkdaşlıqda Oyunları təşkil və tətbiq edəcək.

Bağla X