14:07
(077) 610-22-33

“Müsəlman ölkələrində baş verən iğtişaşlar Qərb dövlətlərinin siyasətinin bəhrəsidir”- Şeyxülislam

  • >
1 680 6 May 2017 11:42 | Cəmiyyət

“Hələ sovet dövründə Əfqanıstanda, Fələstində və digər başqa yerlərdə baş verən hadisələrə baxanda görünürdü ki, bunlar özbaşına baş vermir. Sonrakı dövrdə də Əfqanıstanda, İraqda, Liviyada, Suriyada, Yəməndə baş verən iğtişaşlara baxanda görürsən ki, bu, Qərb dövlətlərinin siyasətinin bəhrəsidir”.

AzNews.az “report”a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə deyib.

O bildirib ki, Avropa dövlətləri hadisələrin bu cür davam edəcəyini gözləmirdilər: “Avropaya miqrant axını nəticəsində o dövlətlərin özləri də əziyyət çəkir. İndi miqrantların qarşısına hasarlar çəkirlər, dünyada islamofobiya meyilləri artır. Nə qədər islamofboiya artırsa, islam dövlətlərinin Avropya olan münasibəti də dəyişir”.

Bağla X