Təhsil naziri AzNews.az-a 12 illik təhsilə keçidlə bağlı problemlərdən danışdı Təhsil naziri AzNews.az-a 12 illik təhsilə keçidlə bağlı problemlərdən danışdı

Misir Mərdanov: “Bu tək məndən asılı olan məsələ deyil” - EKSKLÜZİV

Təhsil naziri AzNews.az-a 12 illik təhsilə keçidlə bağlı problemlərdən danışdı




Azərbaycanda 12 illik təhsil sisteminə keçidin nə zaman reallaşacağı ilə bağlı hələlik fikir söyləmək mümkün deyil. Bunu təhsil naziri Misir Mərdanov AzNews.az-ın sualını cavablandırarkən deyib.

Bunun üçün sərəncamın olduğunu bildirən nazir mexanizm hazırlanması istiqamətində tədbirlərin həyata keçirilməli olduğunu vurğulayıb: "Hazırlıq işləri aparılmalıdır, mexanizm hazırlanmalıdır. Bu tək məndən, tək bizdən asılı olan məsələ deyil. Çox ciddi problemdir, ona görə də gözləmək lazımdır".

Qeyd edək ki, Təhsil Nazirliyi "Təhsil haqqında" qanuna 12 illik təhsil sisteminə keçidlə bağlı müddəaların daxil edilməsi təklifi ilə çıxış etsə də, qanunun qəbulu zamanı bu nəzərə alınmamışdı.

Elnarə Əlosmanqızı
AzNews.az