21:39
(077) 610-22-33

"İngilis dilində bir çox mədəniyyət nazirlərindən heç də pis danışmıram"- Polad Bülbüloğlu

  • >
3 314 6 May 2017 13:23 | Cəmiyyət

Azərbaycanın Rusiyadakı səfiri, YUNESKO-nun baş direktoru postuna namizəd olan Polad Bülbüloğlu bu vəzifəni tutmaq şanslarını şərh edib.

AzNews.az "Rerport"-a istinadən xəbər verir ki, P.Bülbüloğlu jurnalistlərə açıqlamasında təşkilatın baş katibi vəzifəsinə bütün namizədlərin çox güclü olduğunu bildirib.

Təşkilatın Parisdə keçirilən iclasında çıxışı zamanı ingilis dili bilikləri barədə tənqidə toxunan P.Bülbüloğlu ingilis dilində bir çox mədəniyyət nazirlərindən heç də pis danışmadığını vurğulayıb:

"Dil məsələsi mübahisəlidir. Çünki həm YUNESKO-da, həm də BMT-də 6 əsas dil var. Onlar arasında rus dili də var ki, onu əla səviyyədə bilirəm. Orada ingilis və fransız dilləri ilə bağlı tələblər səsləndi. Bunun nə dərədəcə qanuni olması barədə danışmaq istəmirəm. Amma ən azından suallara cavab verdim. İngilislər kimi ingilis dilini bilmirəm. Lakin qarşıda hələ 5 ay vaxt var, hazırlaşıram, üstəlik, insan iş mühitinə düşəndə dili də inkişaf edir. YUNESKO-nun bugünkü çətin durumunu nəzərə alsaq, əsas insanın başında olanlar, hansı ideyalar təklif edə biləcəyidir. Bu gün YUNESKO-ya yeni ideyalar, yanaşmalar, islahatlar təklif edə biləcək qətiyyətli insan lazımdır. Mənim isə böhran menecmenti üzrə zəngin təcrübəm var".

Top xəbərlər
Bağla X