00:14
(077) 610-22-33

Sabah imtahan olacaq

  • >
3 723 6 May 2017 18:10 | Cəmiyyət

Sabah 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

AzNews.az DİM-ə istinadən xəbər verir ki, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılacaq. İmtahanların idarə olunmasına 206 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2226 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırıləb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Məlumat üçün bildirək ki, imtahanda 30239 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 25612 abituriyent I qrup üzrə, 4627 abituriyent IV qrup üzrə imtahan verəcək.

Bağla X