16:16
(077) 610-22-33

Tikinti üçün prosedurlar sadələşir - YENİLİK

  • >
2 917 6 May 2017 21:54 | Cəmiyyət

Mənzillərin və digər obyektlərin tikintisi üçün prosedurlar sadələşir. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təklif edilir.

Xezerxeber.az məlumat verir ki, əsas yeniliklərdən biri tikintilərin həyata keçirilməsi üçün verilən icazə müddətinin azaldılmasıdır. İcazə müddəti ekspertiza tələb edilən və edilməyən obyektlər üçün fərqli olacaq.

Qeyd edək ki, ekspertizadan keçirilməsi tələb edilməyən obyektlər insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan və yerüstü mərtəbələrinin sayı ikidən çox olmayan binalar hesab edilir. Ekspertizaya ehtiyacı olan obyektlər isə mürəkkəb-texniki potensiala malik olanlardır.

Hazırki qaydalara əsasən tikintiyə icazə verilərkən aidiyyəti təşkilatlarla 15 gün ərzində razılaşdırma proseduru mövcuddur. Dəyişikliklərə əsasən, yalnız ekspertizadan keçirilməsi tələb olunan obyektlərə dair 15 gün ərzində aidiyyəti təşkilatlarla razılaşdırılmalar aparılacaq, ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə isə bu prosedur cəmi 5 gün təşkil edəcək.

Yeniklərdən biri də texniki şərtlərin "ASAN Xidmət” tərəfindən verilməsidir.

Layihə Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Ekspertlər hesab edirlər ki, qaydalar qəbul edilərsə, tikinti sektorunda canlanma yaranacaq, xüsusilə fərdi yaşayış evlərinin tikintisi sürətlənəcək.

AzNews.az

Bağla X