04:15
(077) 610-22-33

Papa Azərbaycandan olan gömrük zabitini keşiş təyin etdi

  • >
4 307 7 May 2017 17:15 | Cəmiyyət

Roma Papası Fransısk bu gün 10 keşiş təyin edib, onlardan biri Azərbaycandandır.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Vatikanın "Katolik xəbərləri agentliyi" məlumat yayıb. Məlumata görə, Roma Papası yeni təyin edilən keşişləri "hər şeydə İsaya oxşamağa, ikiüzlülükdən çəkinməyə və insanlara İsa kimi sevgi və rəğbətlə xidmət etməyə çağırıb”.

Nəşr qeyd edir ki, təyin edilən keşişlər əslən İtaliya, Meksika, Peru və Azərbaycandandırlar.

Papa Fransısk öz xütbəsini bu sözlərlə qurtarıb: "Sizin qarşınızda həmişə Xeyirxah Keşişin nümunəsi dayanmalıdır, hansı ki, xidmət etmək üçün gəlmişdi, onun üçün yox ki, ona xidmət etsinlər".

Behbud pontifiklə şəxsən tanışdır, 2016-cı ilin oktyabrında Papa Bakıda apostol səfərində olarkən ona dyakon kimi qulluq göstərib.

Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib.

2011-ci ildə Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasına qəbul olunmuşdu.

B.Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.

Top xəbərlər
Bağla X