12:44
(077) 610-22-33

İslamiada ilə əlaqədar bu yol bağlı olacaq - Diqqət

  • >
2 377 8 May 2017 15:13 | Cəmiyyət

Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsi IV İslam Həmrəliyi Oyunları zamanı açılış və bağlanma mərasimləri günlərində tətbiq olunan yol hərəkəti qaydaları açıqlayıb.

APA-nın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanma mərasimləri - 12 və 22 may tarixlərində paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Həmin günlərdə Heydər Əliyev prospektinin "Excelsior" otelinin qarşısındakı yol qovşağından Sabunçu qəsəbəsinədək olan hissəsi və Neftçilər prospektinin "Azneft" meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq.

Açılış və bağlanma mərasimlərinin keçirildiyi günlərdə tamaşaçılar Olimpiya stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyən ediləcək ekspress xətt avtobuslarından istifadə etməklə gedə bilərlər. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı tamaşaçılar saat 18.00-dan 21.00-dək, bağlanma mərasimi zamanı isə tamaşaçılar saat 17.00-dan 20.00-dək 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun "20 Yanvar", "Gəncllik", "Qara Qarayev" stansiyalarından Bakı Olimpiada stadionuna çatdırılacaq. Mərasim bitdikdən sonra isə stadiondan tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdə - metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarına daşınacaq. Metronun "Qara Qaryev" stansiyasından X1, "Gənclik" stansiyasından X2 və "20 Yanvar" stansiyasından X3 ekspress avtobusları Bakı Olimpiada stadionuna tamaşaçıları daşıyacaq.

Bakı Olimpiada stadionuna ən yaxın metro stansiyası olan "Koroğlu" stansiyasında qatarlar orta hesabla 2 dəqiqəlik intervalla hərəkət edəcək. Açılış və bağlanma mərasimləri zamanı tamaşaçıların ekspress xətlər və metro ilə daşınması pulsuz olacaq. Taksilərin Bakı Olimpiada stadionuna yaxınlaşmasına icazə verilməyəcək və məkanın ətrafında tamaşaçıların şəxsi nəqliyyat vasitələri üçün parklanmaya icazə verilmir. Tamaşaçılar yalnız ictimai nəqliyyatdan (metro və xüsusi olaraq ayrılmış avtobuslardan) istifadə etməlidirlər. Heydər Əliyev və Neftçilər prospektlərinin bağlı olmasını nəzərə alaraq, 1 nömrəli və 13 nömrəli marşrutlar saat 17.00-da fəaliyyətlərini dayandıracaq.

AzNews.az

Bağla X