09:19
(077) 610-22-33

Arzu Kazımovun oğlu prokurorluqda dindirildi

  • >
507 7 Fevral 2013 12:06 | Cəmiyyət

Fəaliyyəti qadağan edilən Azərbaycan Beynəlxalq Universitetinin rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin şikayəti üzrə həbs edilən iş adamı Arzu Kazımovun oğlu Zaur Kazımov Baş Prokurorluqda dindirilib.

Məlumata görə, Zaur Kazımovun dindirilməsinə səbəb Elşad Abdullayevin yayımladığı videolarda onun adının çəkilməsidir. Qeyd edək ki, Zaur Kazımov Abdullayevin yayımladığı videoların birində "Boyevoy oğlan" kimi təqdim edilir.

Məlumatda qeyd olunur ki, Zaur Kazımov istintaqa Mahir Abdullayevin Dağıstanda saxlanması və onun gətirilməsinə dair Elşad Abdullayevlə söhbətinə görə çağrılıb.

Zaur Kazımov bu barədə danışmaq istəmədiyini deyərək, telefonun dəstəyini asıb.
Bağla X