Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarovun səhhəti ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarovun səhhəti ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Nazirin atasının səhhəti ilə bağlı açıqlama: “Yalandır!”

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarovun səhhəti ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə AzNews.az-a Neft-Kimya Prosesləri İnstitutunu direktor köməkçisi Ramin İnikayev bildirib. İnstitutdan verilən məlumata görə, Məhərrəm Məmmədyarov hazırda evindədir:

“Bu məlumat yalandır. Məhərrəm Məmmədyarov laboratoriya müdiridir. Vaxtında işə gəlib, işdən gedir. Vəziyyəti də yaxşıdır.”

“Qafqazinfo”nun verdiyi məlumata görə, Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun 93 yaşlı atası Məhərrəm Məmmədyarovun vəziyyəti pisləşib və o, xəstəxanaların birinin reanimasiyasına yerləşdirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az