13:37
(077) 610-22-33

Baş həkimlərə - Xəbərdarlıq

  • >
1 594 8 May 2017 17:17 | Cəmiyyət

“Ötən il noyabrın 15-dən - əlilliyin qiymətləndirilməsində ekspertiza və reabilitasiya alt sisteminə keçiddən sonrakı 4 ayda əlilliyin təyini ilə bağlı tibb müəssisələrindən Tibbi-sosial ekspert komissiyalarına verilən göndərişlərin (F-088U) sayı, xüsusən, əsassız göndərişlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinə mart ayında eyni məzmunlu məktub daxil olub”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib. O bildirib ki, ötən müddətdə Tibbi-sosial ekspert komissiyalarına ümumi sayına görə ilk yeri tutan tibb müəssisələrindən – 131 min nəfər əhaliyə xidmət göstərən Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından (MRX) 574, 31 nəfərə xidmət göstərən Ramana Birləşmiş Şəhər Xəstəxanasından (BŞX) 411, 95 min əhaliyə xidmət göstərən Balakən MRX-dən 385 “forma-088” verilib.

“Hesablamalar göstərir ki, bir ayda hər 10 min nəfərə verilən “forma-088”lərin sayı 5-6-ya bərabərdir. Təəssüf ki, bəzi tibb müəssisələri orta göstəricilərdən 6-7 dəfə çox göndəriş verib. Bu müəssisələrin hesabına ölkə üzrə orta göstərici də yüksəlib. 2017-ci ilin yanvar ayında 21 saylı BŞX orta ölkə göstəricisini 7.9, 15 saylı şəhər poliklinikası (ŞP) 4.5, 22 syalı ŞP 4.1, Ağcabədi, Saatlı və Balakən rayonları isə təxminən 3 dəfə üstələyib. Bu tibb müəssisələrinin baş həkimlərinin hər biri yanvar ayında ayrı-ayrılıqda Tibbi-yardımın təşkili şöbəsinə dəvət olunub və onlara şifahi xəbərdarlıq edilib. Ağcabədi MRX Poliklinika şöbəsinin müdiri isə tutduğu vəzifədən azad olunub”, - deyə şöbə müdiri əlavə edib.

G. Poladov qeyd edib ki, 3 aylıq dövrün təhlilinə əsasən, 21 BŞX orta ölkə göstəricisindən 7.9, 4 saylı ŞP 4.8, Ağcabədi MRX 4.6, 22 saylı ŞP 3,5 dəfə çox “forma-088” göndərib. Onun sözlərinə görə, araşdırılan müddətdə Bakı və Bakıətrafı qəsəbələrdə təxminən eyni sayda əhaliyə tibbi xidmət göstərən 31 saylı BŞX-dan cəmi 15, 24 saylı ŞP-dən 18, 11 saylı BŞX-dən 21, 19 saylı BŞX-dən 22 xəstəyə “forma -88” verilib. Şöbə müdiri vurğulayıb ki, Balakən MRX 55 xəstəyə 2 dəfə, 10 xəstəyə 3 dəfə, 1 xəstəyə hətta 5 dəfə, 21 saylı Ramana BŞX 48 xəstəyə 2 dəfə, 4 xəstəyə 3 dəfə, 1 xəstəyə isə 4 dəfə təkrar “forma-88” təqdim edilib.

AzNews.az

Bağla X