Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında bağlanmış Müqavilə əsasında DİM yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış X sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsini həyata keçirib. Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında bağlanmış Müqavilə əsasında DİM yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış X sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsini həyata keçirib.

X sinif dərsliklərində səhvlər aşkar edilib

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında bağlanmış Müqavilə əsasında DİM yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış X sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsini həyata keçirib.

AzNews.az DİM-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylər (945 vərəq) 25 yanvar 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müsabiqə şərtini ödəmiş X sinif dərslik komplekti layihələri “ictimai müzakirə” üçün http://www.trims.edu.az saytına yerləşdirildikdən sonra Nazirliyin rəsmi müraciətinə əsasən yenidən həmin layihələrin elmi-metodiki monitorinqi aparılmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylərdə göstərilmiş qeyd, irad və təkliflərin xeyli hissəsi nəzərə alınmış, lakin bəzi iradlar olduğu kimi qalmış, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilmişdir. Dərslik komplektlərinin yuxarıda qeyd olunan saytda yerləşdirilmiş layihələrinin monitorinqi nəticəsində hazırlanmış yekun rəylər (193 vərəq) 08 may 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib.