Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda Azərbaycan mədəniyyətinin paytaxtı hesab olunan Şuşa şəhərinin işğalının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda Azərbaycan mədəniyyətinin paytaxtı hesab olunan Şuşa şəhərinin işğalının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib.

Ermənilər Şuşada çoxlu maddi mədəniyyət nümunələrini məhv edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda Azərbaycan mədəniyyətinin paytaxtı hesab olunan Şuşa şəhərinin işğalının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Şuşa şəhərinin 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal olunduğunu diqqətinə çatdırıb. Şuşada Azərbaycanın bir sıra görkəmli elm və mədəniyyət xadimlərinin yetişdiyini deyən M.Seyidbəyli şəhərdəki kitabxana, elm və təhsil ocaqlarının ermənilər tərəfindən dağıdıldığını, yüzlərlə İslam mədəniyyəti abidələrinin məhv edildiyini diqqətə çatdırıb.

M.Seyidbəyli işğal olunmuş torpaqlarımızın Azərbaycanın silahlı qüvvələri tərəfindən tezliklə azad ediləcəyinə əminliyini bildirib.