07:49
(077) 610-22-33

Ulduz pilotların Azərbaycan Qran Prisi haqqında etirafları - Video

  • >
2 907 9 May 2017 00:00 | Cəmiyyət

Formula 1 yarışlarında mübarizə aparan ən məşhur pilotlar Bakıda Formula 1-in ən yeni və ən sürətli şəhər treki sayılan Bakı Şəhər Halqasında bu yay yenidən yarışmağı həyəcanla və səbrsizliklə gözlədiklərini bildiriblər.

AzNews.az Bakı şəhər halqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda keçiriləcək növbəti Formula 1 yarışından əvvəl Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb-səhifəsinə eksklüziv müsahibə verən Valteri Bottas (Mercedes), Daniel Rikkardo və Maks Ferstappen (Red Bull), Felipe Massa (Williams), Serxio Perez (Force India) və ikiqat dünya çempionu və ötən il Bakıda keçirilmiş Formula 1 yarışının rəsmi elçisi Fernando Alonso (McLaren) və digər pilotlar gözoxşayan mənzərəyə sahib Bakıya və Formula 1-in ən yeni şəhər trekinə qayıtmaqdan böyük məmnunluq duyduqlarını bildirdilər. Bu yay Bakı Şəhər Halqasında onları yarışla əlaqədar yeni çətinliklər gözləyir. Formula 1 təqvimində Bakı Şəhər Halqasını özünəməxsus edən ensiz hissələr, 90 dərəcəli döngələr, yoxuşlar və uzun sürətlənmə hissələri bu ilki enli təkərli bolidlər üçün mübarizə şərtlərini ötən illə müqayisədə daha da çətinləşdirəcək:

Serxio Perez: “Müasir və tarixi görkəmə, təzadlı mənzərəyə sahib Bakını çox bəyəndim. İndiyədək səfər etdiyim şəhərlər arasında ən gözəlidir”.

Valteri Bottas: “Bakıya yenidən səfər etmək çox xoşdur. Ötən il mənim üçün böyük sürpriz olmuşdu və mən həqiqətən bu şəhəri çox bəyənmişdim”.

Fernando Alonso: “Bizi hər zaman gülərüzlə və ehtiramla qarşılayan insanlarla yenidən görüşməyi səbirsizliklə gözləyirəm... Biz digər treklər müqayisədə Bakıda olduqca böyük sürətə nail olmuşduq.”

Felipe Massa: “Bakıda yenidən yarışmağı böyük həyəcanla gözləyirəm... Biz ötən il Bakıda iki saniyədən az müddətə pit-stop əməliyyatı reallaşdıra bildik və bu həqiqətən də inanılmaz dərəcədə böyük uğur idi.”

Maks Ferstappen: “Bakıda insanlar çox mehribandır və şəhər hər yönü ilə çox gözəldir”.

Roman Qrojan: “Bakı treki çox həyəcanvericidir. Trekin bəzi hissələri çox dar, bəzi hissələri isə olduqca genişdir”.

Kevin Maqnussen: “Builki geniş təkərli bolidlərlə Bakı trekinin ensiz hissələrində mübarizə aparmaq ötən ilə nisbətən daha çətin olacaq”.

Bağla X