Gəncə Şəhər İcra Hakimiyyəti (ŞİH) güclü külək nəticəsində dəyən ziyanı açıqlayıb. Gəncə Şəhər İcra Hakimiyyəti (ŞİH) güclü külək nəticəsində dəyən ziyanı açıqlayıb.

Külək nəticəsində dəyən ziyan açıqlanıb - FOTO

Gəncə Şəhər İcra Hakimiyyəti (ŞİH) güclü külək nəticəsində dəyən ziyanı açıqlayıb.

ŞİH-dən "Report"un Qərb bürosuna verilən məlumata görə, güclü külək şəhər ərazisində bir sıra fəsadlar yaradıb: "Günorta saatlarından şəhər ərazisində güclü külək əsməyə başlayıb. Nəticədə Dədə Qorqud küçəsində 2, Atatürk prospektində 1, Adil Ziyadxanov küçəsində ümümilikdə 10-a yaxın binanın dam örtüyü, 30-a yaxın fərdi yaşayış evinin dam örtüyü dağılıb. Ümümilikdə 15 000 kvadratmetr dam örtüyü dağılıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilişi bir saatlıq dayanıb. "Mahrasa bağı" yaşayış massivində 1 çinar ağacı aşaraq fərdi evin hasarına ziyan vurub. Heydər Əliyev prospektində aşan ağac isə vətəndaşa məxsus avtomobilin üzərinə düşüb. Bəzi yerlərdə ağaclar aşaraq avtomobil yolunu bağlayıb və nəqliyyatın hərəkəti bir müddətlik dayanıb. Güclü külək nəticəsində bir neçə dayanacaq və küçə işıqları da aşıb. Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər görülür, dəymiş ziyan hesablanır".

AzNews.az

image description image description