05:20
(077) 610-22-33

Tofiq Yaqublu və İlqar Məmmədovun həbsi ilə bağlı tədbir

  • >
515 7 Fevral 2013 12:58 | Cəmiyyət

"Siyasi məhbuslarsız Azərbaycan" alyansı Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsi ilə bağlı tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən vəkil Əshabəli Mustafayev deyib ki, bu həbslərin seçki ilində olacağı gözlənilən idi. Onun sözlərinə görə, bununla bağlı artıq praktik işə keçməyin vaxtıdır: "Biz bütün ictimai-siyasi qüvvələri bu məsələ ilə bağlı birləşdirməliyik. Bir qurum yaratmaq və həbslər haqqında Avropa Şurasına, beynəlxalq qurumlara məlumat vermək lazımdır".

Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə artıq "Amnesty İnternational" təşkilatına müraciət hazırladıqlarını deyib. Digər beynəlxalq qurumlara da həbslər barədə məlumat verəcəklərini bildirən hüquq müdafiəçisi siyasi partiyaların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə forum keçirilməsini təklif edib: "Həmin forumda həbs edilən şəxslərin vahid müdafiə komitəsi yaradılmalıdır. Bu məsələ ilə bağlı bir araya gələrək beynəlxalq qurumlara və ölkə rəhbərliyinə həbslərə son qoyması üçün bir mesaj verməliyik"

Hüquq müdafiəçisi Şahin Həsənli bildirib ki, həbsdə olan siyasi məhbuslarla bağlı imzatoplama kampaniyası aparılmalıdır.

AzNews.az
Bağla X