Görüntülər Cəlilabad-Biləsuvar yolunda çəkilib. Görüntülər Cəlilabad-Biləsuvar yolunda çəkilib.

Mikroavtobusun damında qoyun daşıyır - Video

Görüntülər Cəlilabad-Biləsuvar yolunda çəkilib.

AzNews.az "XəzərXəbər”ə istinadən xəbər verir ki, qırmızı rəngli sərnişin mikroavtobusunun üstündə 2 yaxud 3 qoyun aparılır.

Yol hərəkəti haqda qanuna görə heyvanların daşınması xüsusi qaydada həyata keçirilməlidir. Belə avtomobilin bortu heyvanın təhlükəsiz daşınması üçün təchiz edilməlidir. Yəni video göründüyü kimi yox.

Bəs heyvan daşınması üçün heç bir təhlükəsizlik qaydasına cavab verməyən sərnişin mikroavtobusu hansı təhlükələrə səbəb ola bilər?

Yəni qoyunlardan hansınınsa yola düşməsi başqa hərəkət iştirakçıları üçün ciddi qəza risqidir. Ekspert Tural Yusifov deyir ki, belə hallarda sürücülər inzibati xətalar məcəlləsinə görə 40 manat cərimə edilir. Amma burda söhbət cərimənin məbləğindən yox, mənəvi məsuliyyətdən getməlidir.