06:20
(077) 610-22-33

Ləğv edilən bankın Mərkəzi Banka 45 milyon manat borcu var

  • >
4 805 10 May 2017 19:18 | Cəmiyyət

Ləğv edilmiş “Kredobank”ın Azərbaycan Mərkəzi Bankına 45 milyon manat borcu var.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Bank kreditorları komitəsinin iclasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bank bu vəsaitləri Mərkəzi bankdan girov qismində cəlb edib, ona görə də bunlar bankın əmlakının satışından sonra qaytarılacaq.

O qeyd edib ki, ümumilikdə bankın öhdəliklərinin ümumi dəyəri 100 milyon manat təşkil edir.

A.Cavadov həmçinin bildirib ki, bankın ADIF qarşısında 28 milyon manat və Sahibkarlığıa Dəstək Milli Fondu qarşısında 14,9 milyon manat həcmində öhdəlikləri var.

Top xəbərlər
Bağla X