17:33
(077) 610-22-33

77 yaşlı fəhləni it dişlədi - Video

  • >
3 577 10 May 2017 22:45 | Cəmiyyət

Balakəndə işə gedərkən 77 yaşlı fəhləni sahibsiz itlər dişləyib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, bu gün saat 6:30 radələrində Balakən rayonu Qazbinə kənd sakini, Tahir Şahquliyev küçədə sahibsiz itlərin hücumuna məruz qalıb.

Sol ayağın baldır nahiyəsinin bir neçə yerindən it dişləməsi xəsarəti alan zərərçəkən yaxınlıqdakı şəxslərin köməyi ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Bağla X