06:03
(077) 610-22-33

Əylislinin xanımından istefa ərizəsi tələb olunur

  • >
429 7 Fevral 2013 14:44 | Cəmiyyət

İki həftədir ki, davam edən "Daş yuxular" qalmaqalının "qurbanlarından" olan Əkrəm Əylislinin xanımı Qalina Aleksandrovnanın işdan azad olunacağı haqda yeni xəbərlər almışıq.

AzNews.az-a daxil olan məlumata görə, dünən Mədəniyyət və Turizm Nazirliyində onun işdən azad olunmasına hesablanmış iclas keçirilib

Toplantıda çıxış edənlərin bəzisi Qalina xanımın nümunəvi kadr olmadığını, direktor olduğu illərdə kitabxana ilə arasında müəyyən problemlərin yarandığını, bəziləri isə onun dəfələrlə işdə yol verdiyi nöqsanlara görə, töhmət aldığını deyib. Bundan başqa, iclasda onun yanvar ayının 9-dan işə çıxmaması xüsusi vurğulanıb".

AzNews.az-a sızan məlumatda bildirilir ki, iclasdan sonra Q.Aleksandrovna ilə əlaqə saxlanılıb və saat 3-ə kimi istefa ərizəsini təqdim etməsi tələb olunub. Qeyd edək ki, yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər Baş Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə Əkrəm Əylislinin həyat yoldaşı haqqında bəyanat verəcək.

Xatırladaq ki, xalq yazıçısı Əkrəm Əylislinin xanımı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialında direktor işləyirdi.

Bahar Rüstəmli
AzNews.az

Bağla X