08:29
(077) 610-22-33

Nüfuzlu “Fortune Greece” jurnalı Azərbaycanı Yunanıstana örnək bildi

  • >
2 873 11 May 2017 14:15 | Cəmiyyət

Yunanıstanın məşhur “Fortune Greece” jurnalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıdan müsahibə alıb.

AzNews.az xəbər verir ki, jurnalın baş redaktoru Maria Akrivounun hazırladığı müsahibə zamanı Vüsal Qasımlı Azərbaycanda son illərdə aparılan iqtisadi islahatlar, Strateji Yol Xəritəsi, Azexport portalı, eləcə də Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı danışıb.

Müsahibə zamanı qeyd olunub ki, hazırda ölkəmizdə növbəti dövrlərdə iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyatın gücləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirilir. Bu məqamlar Starteji Yol Xəritəsində də nəzərdə tutluduğu kimi qarşıdakı illərdə ölkənin əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.

“Fortune Greece” jurnalı Azərbaycanda aparılan iqtisadi islahatların artıq nəticə verdiyini və iqtisadi artımın və qeyri-neft ixracının həcminin artdığını göstərib. Xüsusilə, müsahibədə manatın sabitləşməsi vurğulanıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilə müsahibə http://www.fortunegreece.com saytında onlayn dərc olunub.

image description
Bağla X