12:45
(077) 610-22-33

Toylara çığarmadılar, oğurluq etdi - Video

  • >
7 270 11 May 2017 22:48 | Cəmiyyət

Bakıda qəzəlxan oğurluq edib.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Suraxanı rayon polis idarəsinə və 31-ci polis bölməsinə sakinlərdən biri məlumat verib ki, mənzili qarət edilib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi məclislərə qəzəlxan kimi gedən 34yaşlı Elməddin Nagimovu saxlayıb.

İdarəyə gətirilərkən qəzəlxan əməlini etiraf edib. O, cinayətə səbəb kimi son vaxtlar toylara dəvət almaması ilə əlaqələndirib.

Qəzəlxan kimi tanınan Elməddin Nagimovun ətrafında araşdırma aparan polis müəyyən edib ki, bu onun ilk cinayət əməli deyil. Elməddin Nagimov bundan başqa rayon ərazisindəki 3 evdən pul, qızıl əşyaları və qaz sayğacı, habelə Bakı şəhər sakini olan bir qadının içərisində 500 manat pul və ərzaq məhsulları olan çantasını oğurlamaqla 4 cinayət törədib.

Polisdən onu da bildiriblər ki, Elməddin Nagimovun digər cinayətlərdə iştirakı istisna olunmur. Faktla bağlı onun barəsində Suraxanı rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.

Bağla X