11:25
(077) 610-22-33

800-dən çox təkan qeydə alınıb

  • >
1 581 12 May 2017 09:22 | Cəmiyyət

Azərbaycanda bu ilin yanvar-mart ayları ərzində təxminən 800-dən çox təkan qeydə alınıb.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli məlumat verib.

Onun sözlərinə görə, onlardan yalnız bir necəsi 3-4 bal gücündə hiss edilib: "Qalan bütün təkanlar hiss edilməyib. Sonuncu hiss edilən təkanlar mayın 3-də Dağıstanda baş verən zəlzələ nəticəsində Zaqatalada, Balakəndə olub. Həmin vaxt Zaqatalada, Balakəndə təkanlar 4 bala kimi hiss edilib, Şəki, Mingəcevirdə də isə daha zəif hiss edilib. Saatlı rayonu ərazisində bu gün qeydə alınan zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub".

Q.Yetirmişli bildirib ki, bu il seysmoloji aktivlik daha çox Xəzər dənizi və Şamaxı-İsmayıllı zonasında qeydə alınıb:

“Ümumilikdə isə seysmoloji baxımından Xəzər dənizi, Şamaxı-İsmayıllı zonası, qərb zonasında Kəlbəcər, Daşkəsən, Gəncə, o cümlədən ölkənin şimal-qərb hissəsi, Talış dağlarındakı zəlzələ ocaqları həmişə aktiv olur. Ölkənin bu ərazilərində təkanlar daha çox qeydə alınır”.

AzNews.az

Bağla X