03:50
(077) 610-22-33

Yol polisi reyd keçirdi - 60-dan çox sürücü cərimələndi + Foto

  • >
2 818 12 May 2017 10:09 | Cəmiyyət

Ağstafa rayounda Dövlət Yol Polisi (DYP) əməkdaşları reyd keçirib.

"Report"un Qərb bürosunun məlumatına görə, reyd zamanı 60-dan çox sürücü cərimələnib. Reyd zamanı DYP əməkdaşları əsasən Qazax, Gəncə, Mingəçevir şəhərlərinə sərnişindaşıma həyata keçirən mikroavtobus sürücülərini, və digər avtomobil sahiblərini yoxlayıb. Məlum olub ki, əksər sürücülər qaydaları pozaraq ayaq üstə sərnişin daşıyır. Bundan başqa sənədsiz, nasaz avtomobil idarə edən sürücülər də aşkarlanıb.

Baş verə bilən yol qəzalarının qarşısını almaq üçün keçirilən yoxlama tədbirləri zamanı cərimə edilən sürücülər qayda pozmağa onları sərnişinlər məcbur etdiklərini bildiriblər. Onların sözlərinə görə, mikroavtobusun oturacaqları boş olmadıqda belə sərnişinlər ayaqüstə gedəcəklərini bildirirlər.

Qeyd edək ki, reyd zamanı 10 avtomobil cərimə meydançasına aparılıb.

AzNews.az

image description image description
Bağla X