10:21
(077) 610-22-33

Bakıda “JEK” rəisinə 10 il həbs cəzası verildi

  • >
1 973 12 May 2017 12:19 | Cəmiyyət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 400 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Quliyev Nərimanov rayonunda yerləşən "JEK"lərdən birində rəis vəzifəsində çalışıb. O, torpaq sahələrini özəlləşdirmək adı ilə vətəndaşlardan 400 min manat pul alıb. Daha sonra N.Quliyev verdiyi vədə əməl etməyib.

Zərərçəkmişlərin şikayəti əsasında o, saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

N.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

AzNews.az

Top xəbərlər
Bağla X