08:17
(077) 610-22-33

“Reket” baş redaktor həbs olundu

  • >
1 958 12 May 2017 13:24 | Cəmiyyət

“Xəbər var” qəzetinin baş redaktoru vətəndaşı şantaj edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 10-da vətəndaş R.Qasımov Ağdam RPŞ-yə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib ondan 150 manat pul verməsini tələb etdiyini bildirib.

Ağdam RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunan Etibar Əliyev tutulub.

Bağla X