12:56
(077) 610-22-33

“İrəvan bu məsələdən Azərbaycan əleyhinə istifadə etmək istəyir”

  • >
234 7 Fevral 2013 16:14 | Cəmiyyət

"Bu absurd və hüquqi baxımdan heç bir əsası olmayan yanaşmadır. Ona görə ki, bunun Ermənistana heç bir aidiyyatı yoxdur, hadisə də Macarıstanda baş verib".
Bunu AzNews.az-a deputat Azay Quliyev "Ermənistanın Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun işi ilə bağlı rəsmi Bakının qərarından şikayət etmək iddiası nə dərəcədə düzgündür"-sualına cavabında deyib. O qeyd edib ki, qeyri-obyektiv və ədalətsiz olsa da Ramil Səfərov Macarıstan qanunları ilə mühakimə olunub və barəsində cəza tədbiri seçilib:


"Verilən cəzanın 8 il yarımını Ramil Səfərov Macarıstan həbsxanasında, təkkameralı rejimdə çəkib. Təkkameralı rejimdə cəzanın çəkilməsi sıradan bir məsələ deyil. Bu, Avropa üçün ənənəvi olmayan və çoxdan ciddi şəkildə tənqid olunan, qadağa qoyulan bir qərardır. Azərbaycanla Macarıstan arasında imzalanmış razılığa və Avropa Şurasının qəbul etdiyi prinsiplərə əsasən Ramil Səfərov Azərbaycana eksdtradisiya olunub. Bundan sonra Azərbaycanın Konstitusiyasına, qanununa əsasən dövlət başçısı tərəfindən əfv olunub. Göründüyü kimi bütün bu proseslər hamısı hüquqi çərçivədə baş verib".

Ramil Səfərovun kifayət qədər cəzaya məhkum edildiyini, bu baxımdan da Ermənistan hökümətinin Azərbaycanı məhkəmə ilə hədələməsini əsassız sayan A.Quliyev bildirib ki, rəsmi İrəvan bu məsələdən Azərbaycan əleyhinə istifadə etmək istəyir.

Gültəkin
AzNews.az


Bağla X