21:22
(077) 610-22-33

"Azercell" abunəçiləri üçün yeni kampaniya

  • >
2 226 12 May 2017 14:51 | Cəmiyyət

Azercell Telekom MMC abunəçiləri üçün daha bir sərfəli kampaniyaya başlayır. 11.05.2017-ci il tarixindən etibarən Azercell abunəçiləri 1001 Smartfon kampaniyası çərçivəsində LG Flex 2 telefonunu və əlavə olaraq, LG qol saatını hədiyyə olaraq əldə edə biləcəklər.

AzNews.az xəbər verir ki, ayda cəmi 45 AZN ödəməklə abunəçilər 4G-dəstəkləyən smartfonlarını, hər ay 5GB internet hədiyyə və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün, abunəçilər Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.

Qeyd edək ki, Azercell 1001 Smartfon kampaniyası çərçivəsində güzəştli təkliflərini yay boyunca davam etdirəcək.

Bağla X