05:59
(077) 610-22-33

Ələtdə döyüş sursatı tapıldı

  • >
965 12 May 2017 19:06 | Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qaradağ rayonu, Ələt qəsəbəsində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunmuşdur.

Mütəxəsislər tərəfindən döyüş tətbiqinə yararlı 5 ədəd F-1 markalı əl qumbarası və 4 ədəd əl qumbarasının (UZRQM) partladıcısı aşkar edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:30-da başa çatıb.

Top xəbərlər
Bağla X