Qobustan rayonunda “Gülüstan” istirahət mərkəzinin ərazisində yanğın olub. Qobustan rayonunda “Gülüstan” istirahət mərkəzinin ərazisində yanğın olub.

Qobustanda istirahət mərkəzində yanğın baş verdi

Qobustan rayonunda “Gülüstan” istirahət mərkəzinin ərazisində yanğın olub.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, “Gülüstan” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 150 m2 olan küləfrənginin yanar konstruksiyaları 90 m2 sahədə və 2 ədəd soyuducu yanıb.

Küləfrənginin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.