19:45
(077) 610-22-33

Bakının mərkəzində ağaca benzin töküb qurudurlar - Video

  • >
2 054 12 May 2017 21:36 | Cəmiyyət

Paytaxtın mərkəzi küçələrindən birində adı "qırmızı kitab"a düşmüş ağac kim və ya kimlərsə tərəfindən qəsdən məhv edilir.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Səbayıl rayonu Nizami küçəsində yerləşən xan çinarın gövdəsi deşilib, quruldulması üçün işlər görülüb.

Ağacın gövdəsinin deşilməsi isə artıq yavaş-yavaş öz nəticəsini verməyə başlayıb. Yarpaqları solan ağac qurumağa doğru gedir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə məsələ ilə bağlı artıq araşdırmalara başlayıb. Nazirlikdən bildirilib ki, həmin ərazidə çoxillik xüsusi görkəmə malik xan çinarı məqsədli şəkildə müxtəlif üsullarla qurudulmağa çalışılır. Bu hadisəni törədənlərin cəzalandırılması istiqamətində iş aparılır.

Nazirliyin sektor müdiri Fəxrəddin İsgəndərovun sözlərinə görə, ağacın qurumaması istiqamətində də işlər görülür. Əgər ağacın quruması öz təsdiqini taparsa, bu zaman yaşıllığa dəymiş ziyana görə hadisəni törədən şəxs əlavə 2500 manat cərimə olunacaq.

Bağla X