London məhkəməsi Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğu qərarını verib. London məhkəməsi Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğu qərarını verib.

Fərhad Əhmədov keçmiş arvadına yarım milyard ödəməkdən imtina etdi

London məhkəməsi Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğu qərarını verib.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 61 yaşlı iş adamı “RBK”ya açıqlamasında məhkəmənin hökmünü tanımadığını və ona əməl etmək niyyətində olmadığını bildirib.

“Britaniya məhkəmələri həmişə varlı kişilərin arvadlarının tərəfindədir. Məqsəd isə o kişilərin eks-həyat yoldaşlarının əldə etdikləri pulu İngiltərəyə, ölkə iqtisadiyyatına xərclətməkdir”, - deyə F. Əhmədov söyləyib.

Qeyd edək ki, London məhkəməsi 2016-cı il dekabrın 15-də Tatyana Əhmədovanın xeyrinə qərar verib, lakin bu qərar bu il mayın 11-də dərc olunub və qüvvəyə minib. Bu barədə məhkəmənin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Milyarder yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini eks-arvadı və onun vəkilləri tərəfindən “Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı” kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb.

Bildirək ki, 1993-cü ildə ailə quran cütlük Londonda özlərinə ev alıb, daha sonra onların ilk oğlu olub (ikinci oğulları 3 il sonra dünyaya gəlib).

Fərhad Əhmədov bu il “Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.