Prezidentin Əkrəm Əylisli ilə bağlı sərəncamına deputatdan-REAKSİYA Prezidentin Əkrəm Əylisli ilə bağlı sərəncamına deputatdan-REAKSİYA

“Prezidentin də başqa çıxış yolu yox idi”

Prezidentin Əkrəm Əylisli ilə bağlı sərəncamına deputatdan-REAKSİYA




"Bir dövlətin ərazi bütövlüyünü tanımayan, onun milli varlığına ləkə gətirən hər hansı bir addıma görə başqa bir yol qalmır. Özünün yaratdığı şəraitin qurbanı oldu. Prezidentin də başqa çıxış yolu yoxdur".

Bunu AzNews.az-a BQP sədri, millət vəkili Fazil Mustafa Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Əkrəm Əylisinin prezident təqaüdündən və "xalq yazıçısı" fəxri adından məhrum edilməsinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, Əkrəm Əylisli soyqırımın azərbaycanlılar tərəfindən törədildiyini beynəlxalq aləmə bildirirsə, onun Azərbaycanla mənəvi bağları, demək olar ki, kəsilir:

"O Azərbaycan maraqlarına xidmət etməyən anlayışa sahib olduğunu göstərdi. Prezidentin bu addımı gözlənilən idi. Həmçinin, təəssüf edici məsələdir ki, bir Azərbaycan yazarının sonluğu acı notlarla bitir. Prezidentin başqa qərar qəbul etməsi düzgün qarşılanmazdı".

İlkin
AzNews.az