“Daş yuxular“ "Aktual" ekranda “Daş yuxular“ "Aktual" ekranda

Əkrəm Əylisli İTV-dən xalqa səsləndi- VİDEO

“Daş yuxular“ "Aktual" ekranda




Fevralın 7-də İctima TV-də tanınmış telejurnalist Anar Yusifoğlu "Daş yuxular" əsəri ətrafında geniş polemika təşkil edib.

"Aktual" verilişində əsərin müəllifi Əkrəm Əylisli ilə millət vəkilləri – Musa Quliyev, Zahid Oruc, Fərəc Quliyev, Xalq artisti Nurəddin Mehdixanlı, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, yazıçı Akif Əli, tarixçi Boran Eziz arasında gərgin müzakirə keçib.

Yazıçı əsərində xalqa xəyanət etmədiyini, amma ermənilərə qarşı düşmən mövqedə dayanmağa qarşı çıxdığını bildirib.

Qarşı tərəf isə bu əsərin istər Azərbaycanın beynəlxalq aləmdə apardığı təbliğata, istərsə də xalqlar arasında düşmənçiliyin aradan qaldırılması üçün göstərilən cəhdlərə vurulan zərbə kimi qiymətləndirib.

Veriliş boyu yazıçıya bu əsərdən imtina etmək tövsiyə olunub. O isə əsərə düzgün qiymət verilməsini təvəqqe edib.
Sonra da əlavə edib ki, onun əsərinə qarşı bu cür mövqe sərgilənməsi onu təəccübləndirmir: "Əsərin qiymətini zaman verir. Mənim indiyə kimi bu xalq üçün gördüyüm işləri nəzərə alın".


Qeyd edək ki, neçə günlərdir mətbuatın gündəmini zəbt edən "Daş yuxular" əsəri ilə bağlı ilk dəfə idi ki, belə bir veriliş təşkil edilirdi.





Orxan
AzNews.az