12:27
(077) 610-22-33

Öz adına olan sim kartı başqasına verən şəxslər cərimlənəcək - Video

  • >
3 868 15 May 2017 22:36 | Cəmiyyət

Mobil sim kartı daimi istifadə üçün başqasına verən şəxslər cərimlənəcək.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, bunun üçün "Telekommunikasiya haqqında" qanuna dəyişiklik təklif edilir. Əgər qəbul edilərsə, öz adına qeydiyyatdan keçirdiyi sim kartı başqasına verən şəxslər cərimə olunacaq.

İKT üzrə mütəxəssis Osman Gündüzün fikrincə, yeni dəyişiklik qəbul edilərsə, onun tətbiqində çətinliklər olacaq.Bundan başqa, ekspert hesab edir ki, təhlükəsizliyin təmini üçün bu vasitə effektiv olmayacaq.

Sorğumuz da göstərdi ki, bir çox şəxs hazırda başqasının adına olan sim kartı işlədir.

Millət vəkili Fazil Mustafanın verdiyi məlumata görə, yeni qanun keçmiş dövrə şamil edilməyəcək. Yəni dəyişiklik qəbul edilrsə, müəyyən edilmiş tarixdən sonra nömrəni istifadə üçün başqasına verən şəxslər cərimələnəcək. Cərimənin məbləği və prosesin hansı formada həyata keçiriləcəyi isə dəqiq bilinmir. Üstəlik qanunda güzəştlər də nəzərdə tutulacaq ki, valideynlər öz adlarına aldığı nömrəni azyaşlı uşaqlara, o cümlədən digər şəxslər, müvafiq icra orqanına məlumat verərək sim kartı başqasına verə biləcəklər. Millət vəkili bildirir ki, dəyişikliyin əsas məqsədi kibertəhlükəsizlik sahəsində tədbirləri gücləndirməkdir.

Dəyişikliyin sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Bağla X