Həbsdə olan müğənni Maral Tahirqızının kassasiya şikayəti üzrə məhkəmənin vaxtı müəyyənləşib. Həbsdə olan müğənni Maral Tahirqızının kassasiya şikayəti üzrə məhkəmənin vaxtı müəyyənləşib.

Maral Tahirqızıdan xəbər var

Həbsdə olan müğənni Maral Tahirqızının kassasiya şikayəti üzrə məhkəmənin vaxtı müəyyənləşib.

APA-nın məlumatına görə, şikayətə Ali Məhkəmədə iyunun 7-də hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq.


Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı 2014-cü ildə saxlanılıb, Cinayət Məcəlləsinin 244.2.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham olunub.

Xətai Rayon Məhkəməsinin hökmü ilə M. Tahirqızı 3 il müddətinə azadlıdan məhrum edilib. Hökmdən narazı qalan M. Tahirqızı apellyasiya şikayəti verərək bəraət istəyib. Lakin şikayət təmin edilməyib. O, kassasiya şikayəti verib.

AzNews.az