Dini mərkəz tərəfindən Azərbaycana dəvət edilən din xadimlərinin ölkədə dini təbliğat aparmasına icazə verilib. Dini mərkəz tərəfindən Azərbaycana dəvət edilən din xadimlərinin ölkədə dini təbliğat aparmasına icazə verilib.

Xaricdən dəvət edilən din xadimlərinin dini təbliğat aparmasına icazə verilib - Azərbaycanda

Dini mərkəz tərəfindən Azərbaycana dəvət edilən din xadimlərinin ölkədə dini təbliğat aparmasına icazə verilib.

“Report”un məlumatına görə, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanununa dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.

Hazırkı variantda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda dini təbliğat aparılması qadağan edilir.

Qanun layihəsinə təklif edilən digər dəyişikliyə görə xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakmiyyəti orqanı ilə razılaşdırılmaqla İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.

Mövcud qanunvericiliyə əsasən, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.

Bundan başqa, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilməsi də qanun layihəsinə təklif olunan dəyişikliklər sırasında yer alan məsələdir.

Mövcud variantda vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübahisəli mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

AzNews.az