Şəkidə it dişləməsi faktı qeydə alınıb. Şəkidə it dişləməsi faktı qeydə alınıb.

68 yaşlı qadını it dişlədi - Video

Şəkidə it dişləməsi faktı qeydə alınıb.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 68 yaşlı Qoxmuq kənd sakini Zinyət Seyidova xəsarət alıb.

Onu dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Müayinə zamanı məlum olub ki, it xəstənin bud-baldır nahiyəsini dişləyib. Zərərçəkənə lazımi tibbi yardım göstərilib və ambulator müalicədən sonra evə buraxılıb.

Hazırda Zinyət Seyidovanın vəziyyətinin kafi olduğu bildirilir.