04:47
(077) 610-22-33

Rəy sorğusunun nəticələri açıqlandı

  • >
403 8 Fevral 2013 09:41 | Cəmiyyət

Respondentlərin 54% gənclərdə sosial təşəbbüslərin artırılmasını məqsədəuyğun hesab ediblər



Söz Azadlığını Müdafiə Fondu (SAMF) maddi-mədəni itkilərimiz haqqında gənclərin bilgilərin səviyyəsini öyrənmək məqsədilə Bakı şəhərində fəaliyyət göstərən, dörd universiteti əhatə etməklə 200 nəfər tələbə arasında ekspress rəy sorğusu keçirib.

AzNews.az-ın məlumatına görə, Cari ilin yanvarında keçirilən sorgunun ilkin nəticələrinə görə, rəyi soruşulan respondent-tələbələrin 56%-nin işğal altında olan rayonlarımız haqqında tam bilgilərinin olmaması üzə çıxıb. Rəyi soruşulanların 40%-i bu mövzu ilə əlaqəli ətraflı bilgilərə malik olduqlarını bildirmiş, 4 %-i isə suala cavab verməkdən yayınmışlar.

Respondentlərin 79 % - nin bu ərazilərdə fəaliyyətdə olmuş muzeylər, habelə turizm obyektləri barəsində hər hansı məlumata malik deyillər. Problemin həlli yollarına gəlincə, rəyi soruşulanların 84% -i bildiriblər ki, yeni media orqanları ilə ilk növbədə ideoloji işin gücləndirilməsi nəticəsində mövcud problemin müəyyən mənada həllinə nail olmaq olar. Respondentlərin 54%-isə gənclərdə sosial təşəbbüslərin artırılmasını məqsədəuyğun hesab ediblər.

Qeyd edək, ekspress sorgu üç ildən artıq davam edən "Maddi mədəni isrimizi qoruyaq" layihəsi çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində həmçinin Qarabağ muzeylərinə həsr olunmuş kitabın hazırlanması da davam etdirilir. Artıq kitaba daxil ediləcək materilalların üç də biri hazırdır.


İlkin
AzNews.az

Bağla X