15:36
(077) 610-22-33

Əbdül Mahmudbəyov: “Məni şərləyirlər”

  • >
403 8 Fevral 2013 11:47 | Cəmiyyət

“Gedib onlarla vuruşası deyiləm ki...”




Xəbər verdiyimiz kimi, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu məhkəməyə verəcəyini bildirmişdi. Sözügedən dövlət qurum tərəfindən evinə ziyan dəyməsini bildirən sənətkarın iddia ərizəsi ilə bağlı yanvar ayının 28-də Nəsimi Rayon Məhkəməsində ilk hazırlıq iclası keçirilib. İkinci məhkəmə prosesi fevralın 13-ə təyin edilib.

Şeyx Əbdül Mahmudbəyovun AzNews.az-a verdiyi açıqlamaya görə, BŞİH dövlətin göstərişinə məhəl qoymur:

"Bakı Şəhər İcra Hakimiyyəti ilə F.F.2011-MTK tikinti şirkətini məhkəməyə vermişəm. Bu şirkətə "Baksovet" qəyyumluq edir. Amma nə Hacıbala Abutalıbov, nə də şirkətin nümayəndəsi məhkəməyə gəlmədi. Özləri bilər, məni bu, maraqlandırmır. Məni maraqlandıran məhkəmənin təyin edəcəyi komissiyadır. Onlar gəlib evə baxıb qərar verəcəklər. Nə üzdən gələcəklər? Yaxud da nə deyəcəklər? Adicə bir adamın itinə daş atırsan, çıxır ona hayan durur. Ən azı deyir ki, ay adam mənim itimlə nə işin var. Siz mənim evimi uçurursunuz, mən də sakit oturmuşam, danışmıram. Başqa işlər var, ona görə susuram. Danışanda deyirlər ki, "yenə başladı, seçki ili gərginlik yaradır". Bilmirsiniz ki, bunların şər-böhtanı əlindədir. Mən onlara rəvac vermirəm. Aidiyyəti orqanlardan evimə göndərilən məktubda deyilir ki, bu ailə buradan təcili köçürülməlidir. Bunlar dövləti, onun məmurlarının məktubunu, göstərişini saymırlarsa, daha nə edək, gedib onlarla vuruşası deyiləm ki. Yol ancaq məhkəmədir".

Bahar Rüstəmli
AzNews.az

Bağla X