"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" qərarına dəyişikliklər edilib. "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" qərarına dəyişikliklər edilib.

Bu kəndlərdə işləyənlərin əmək haqlarında artım olacaq - Siyahı

"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" qərarına dəyişikliklər edilib.

Nazirlər Kabinetindən (NK) Trend-ə verilən məlumata görə, yeni qərara əsasən, Azərbaycanda dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək, eləcə də 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı genişlənib.

Qərara görə, Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək kəndi hesab ediləcək.

Goranboyun Erkeç, Mənəşli və Todan kəndləri, Qubanın Afurca, Atuc, Güləzi, Dalaqo, Ruçuq, "Ördüc, Xırt kəndləri, Göygölün Quşçu kəndi dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısına daxil edilib.

Qeyd edək ki, Azərbaycanda dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin maaşlarına yerləşdiyi səviyyəyə uyğun olaraq, artımlar edilir. Azərbaycanda dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilib.

Dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı NK-nın müvafiq qərarı ilə müəyyən edilir.

AzNews.az