“İşsizəm, bəlkə ölkədən gedəsi oldum” “İşsizəm, bəlkə ölkədən gedəsi oldum”

Rasim Balayev Azərbaycanı tərk edir?

“İşsizəm, bəlkə ölkədən gedəsi oldum”




Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş katibi, Xalq artisti Rasim Balayev Rüstəm İbrahimbəyovun təşkilatındakı vəzifəsindən istefa verdikdən sonra hazırda ev şəraitində müalicə olunur. Bu barədə Modern.az saytına açıqlamasında görkəmli kino xadimi bildirib.

O ölkəni tərk etdiyi barədə yayılan məlumatları təkzib edib və Azərbaycanda oldğunu deyib. "Heç bir xarici ölkəyə getməmişəm. Evdəyəm və ev şəraitində müalicə olunuram".

Rasim Balayev vurğulayıb ki, Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxdıqdan sonra ona hər hansı başqa iş təklifi olunmayıb. "İşsizəm, evdə oturmuşam"-deyə aktyor qeyd edib.

"Bu ilin filmləri hələ buraxılmayıb, bu yaxınlarda buraxılmalıdır. Ona görə hələ konkret təklif yoxdur".

Aktyor bildirib ki, hələlik hər hansı bir ölkəyə getmək planı yoxdur. "Ehtiyac olsa, bəlkə getdim. Hələlik qəti qərarım yoxdu"- deyə R.Balayev vurğulayıb.

AzNews.az