"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 9 növ üzrə mübarizə gedəcək. "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 9 növ üzrə mübarizə gedəcək.

Bu gün İslamiadada son yarış günüdü

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 9 növ üzrə mübarizə gedəcək.

AzNews.az Report-a istinadən xəbər verir ki, növlərdən 7-də yarışlara yekun vurulacaq.

Qadın güləşi üzrə bütün 8 çəki dərəcəsində, zorxanada 6 növ üzrə yarış başa çatacaq.

Tarixi ərzində ilk böyük uğurlarına imza atan futbol və kişi voleybol komandaları final oyunları ilə günə yekun vuracaqlar. Kişi voleybolçuların mübarizəsində həlledici görüşdə Azərbaycan və İran yığmaları qarşılaşacaqlar. Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası Omanla final matçında üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq.

Stolüstü tennis, eyni zamanda kişi və qadınlar suya tullanma yarışında çıxış edəcəklər.