14:01
(077) 610-22-33

Bərdədə güclü külək və yağış fəsadlar törədib - Foto

  • >
1 010 21 May 2017 20:41 | Cəmiyyət

Bərdə rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib.

AzNews.az Report-a istinadən xəbər verir ki, nəticədə rayonun kənd və qəsəbələrində elektrik dirəkləri aşıb, fərdi yaşayış evləri və binaların dam örtüyü dağılıb.

Küləklə yanaşı rayona güclü yağış da yağıb ki, nəticədə binaların zirzəmiləri və fərdi yaşayış evlərinin həyətləri su ilə dolub.

Əraziyə Fövqəladə Hallar Nazirliyi və Bərdə Rayon Mənzil İstismar İdarəsinin əməkdaşları və texnikası cəlb olunub. Həyət və zirzəmilərə dolan sular nasoslar vasitəsi ilə çəkilir.

Hazırda rayonda elektrik enerjisi də kəsilib. Rayon Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları elektrik enerjisi verilişinin bərpası istiqamətində iş aparırlar.

image description image description image description image description
Bağla X