Fövqəladə Hallar Nazirliyi ixtisarlar barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib. Fövqəladə Hallar Nazirliyi ixtisarlar barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

FHN-dəki ixtisarlarla bağlı rəsmi - Açıqlama

Fövqəladə Hallar Nazirliyi ixtisarlar barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

AzNews.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bəzi KİV-də FHN-də ixtisarlar barəsində həqiqətə uyğun olmayan xəbərlər yer alıb.

"FHN mətbuat xidməti bildirir ki, hələ 2016-cı ilin noyabrında Azərbaycan prezidenti İlham Əliyev fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.

Bu fərmana əsasən, kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb”.

“Fövqəladə Hallar Nazirliyi Xidmətin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etdikdən sonra prezident İlham Əliyevin 2017-ci il 19 aprel tarixli fərmanı ilə yeni qurumun Əsasnaməsi təsdiq olunub.

Göründüyü kimi, bu tədbir idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilib və əməkdaşların ixtisarı ilə heç bir əlaqəsi yoxdur", - deyə məlumatda bildirilib.