Rüstəm İbrahimbəyov fırtına kimi qayıdacaq - EKSKLÜZİV

AzNews.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov son günlər ölkədə cərəyan edən hadisələrlə bağlı xüsusi bəyanatla çıxış edəcək.

Bununla bağlı Ziyalılar Forumundan AzNews.az-a verilən məlumata görə, xalq yazıçısı Rüstəm İbrahimbəyov Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanı ətrafında cərəyan edən proseslərə, o cümlədən, ölkə prezidentinin müəlliflə bağlı məlum sərəncamına yönəlik bəyanat səsləndirəcək. Anoloji bəyanatla Rusiyada yaşayan həmyerlimiz, yazıçı Çingiz Hüseynovun da çıxış edəcəyi gözlənilir.

Bahar Rüstəmli
AzNews.az