Biləsuvar rayonunda atasını boğaraq öldürən oğul saxlanılıb. Biləsuvar rayonunda atasını boğaraq öldürən oğul saxlanılıb.

Atasını boğaraq öldürən oğul tutuldu

Biləsuvar rayonunda atasını boğaraq öldürən oğul saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülən tədbirlərlə T.Rəsulovun meyiti eksqumasiya edilib. Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib.

Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.